İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Maska BƏD XƏBƏR

İlon Maskın beyin çipləri yenə gündəm olub.

“SpaceX” və “Twitter”dən sonra İlon Mask indi də “Neuralink” ilə diqqət çəkir. ABŞ-nin Qida və Dərman İdarəsi (FDA) insanlar üzərində beyin implantlarının sınaqdan keçirilməsi üçün İlon Maskın “Neuralink” proqramını təsdiq etməyib.

Milyarder iş adamı tərəfindən 2016-cı ildə yaradılan “Neuralink” neyrotexnologiya şirkəti düşüncələri hərəkətə çevirən beyin-kompüter interfeyslərinin yaradılması üzərində işləyir. Mask deyir ki, texnologiya istifadəçiləri robotu insana çevirməklə yanaşı, beyin xəstəliklərinin müalicəsində də istifadə oluna bilər.

Şirkət 2018-ci ildən bəri yeniliklərini heyvanlar üzərində sınaqdan keçirir. Ötən ilin dekabr ayında şirkət təxminən 1 500 heyvanın öldürülməsi iddiası ilə araşdırılıb. Test subyekti kimi istifadə edilən meymunların sağlamlıqlarında ciddi problemlər olub. (Oxu.az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR