İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask yenidən dünyanın ən varlı adamı oldu - REYTİNQ CƏDVƏLİ

“Tesla” və “Space X” şirkətlərinin yaradıcısı İlon Mask planetin ən varlı adamları reytinqində liderliyini bərpa edib. Bloomberg Billionaires Index-ə görə, onun sərvəti 192 milyard dollara qədər artıb və bunun sayəsində sahibkar sərvəti 187 milyard dollar qiymətləndirilən LVMH (Moet Hennessy - Louis Vuitton) sahibi Bernard Arnonu geridə qoyub.

Forbes-in ən zəngin milyarderlərinin reytinqində isə vəziyyət fərqlidir - Arnonun kapitalı 215 milyard dollardır. Twitter sahibinin vəziyyəti isə 200 milyard dollar olaraq qiymətləndirilir.

2022-ci il böhranının nəticələrinə görə, Arno siyahıda kapitalı 200 milyard dollardan çox olan yeganə milyarder olub. Səhmlərin düşməsi və artan faizlər səbəbindən sərvəti 40 milyard dollar azalan İlon Mask ikinci yerə düşüb. Üçüncü yerdə Amazon-un qurucusu Jeff Bezos qərarlaşıb, onun sərvəti 2021-ci ildəki 171 milyard dollardan 2022-ci ildə 114 milyard dollara düşüb.

"Taym" jurnalı daha əvvəl "Tesla" şirkətinin rəhbərini və SpaceX-in qurucusunu dünyanın 100 ən nüfuzlu adamından biri adlandırmışdı. Mask “Titanlar” siyahısına “Apple”ın qurucusu Stiv Cobsun dul arvadı Loren Pauell, argentinalı futbolçu Lionel Messi, “TikTok”un baş direktoru Çjou Şouzi və başqaları ilə birlikdə düşüb. Eyni zamanda, nəşrin jurnalistləri iş adamını "dünyanın ən zəngin internet trolu" kimi xarakterizə edib, "cəsarətli və ruhlandırıcı" karyera nailiyyətlərini davam etdirə bildiyi zaman sosial şəbəkələrdə çox vaxt keçirdiyini yazlb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR