Onlayn ictimai-siyasi qəzet
Amerikalı ixtiraçı və milyarder İlon Mask özünə məxsus “X” sosial şəbəkəsindəki mikrobloqunda qarşıdan gələn prezident seçkiləri ilə bağlı sorğu keçirib.
Musavat.com xəbər verir ki, sosial şəbəkə istifadəçilərindən ABŞ prezidentliyinə iki namizəddən hansına səs verəcəkləri soruşulub.
“Çoxları soruşduğu üçün biz super qeyri-elmi sorğu keçiririk. Siz kimə səs verəcəksiniz?”, - deyə İlon Mask sual verib.
Maskın sorğusunda Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp sosial şəbəkə istifadəçilərinin 76%-dən çox səsini toplayaraq böyük fərqlə öndə olub. ABŞ-ın vitse-prezidenti Kamala Harris isə təxminən 24% səs toplayıb.
Qeyd edək ki, İlon Mask açıq şəkildə Donald Trampı dəstəkləyir.
Musavat.com
27 Noyabr 2024
26 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ