İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask Rusiya ilə münasibətləri düzəltməyə çağırdı - siyasi, yoxsa biznes marağı...

Ekspertlər hesab edir ki, Mask prezident seçilmək üçün siyasi arenada fikir formalaşdırır

Qərb Rusiya ilə münasibətləri demək olar tamamilə korlayandan, savaşa başlayandan sonra Qərbin bir neçə qlobal sahibkarı əks-mövqe sərgiləyib. Bu dəfə milyarder İlon Mask oxşar bəyanatla çıxış edib. 

“X” platformasında onlayn müzakirədə çıxış edən Mask deyib: “Biz Ukraynada sülh tapmalıyıq və düşünürəm ki, Rusiya ilə normal münasibətləri bərpa etməliyik. ABŞ-ın siyasəti Rusiyanı İran və Çinlə ittifaqa qoşulmağa məcbur edir və Rusiya, Çin və İranın ittifaqı qlobal münaqişədə Qərbi məğlub edə bilər. Çin və Rusiya ilə sərt qarşıdurma ABŞ üçün fəlakətli ola bilər, çünki zəngin xammalı olan Rusiya və fenomenal sənaye potensialına malik Çin nəhəng birləşmədir”.

Mask bu bəyanatla nə demək istədi? O, hazırkı siyasətin bütövlükdə dünya üçün ziyanlarından, yaxud ABŞ-ın zərər çəkəcəyindən narahatdır, yoxsa öz biznes maraqlarından çıxış edir? Bütün hallarda, o haqlıdırmı?

Ermənistanın dünyaya qapısı açılır" - Qabil Hüseynli Yeni Sabah

Qabil Hüseynli

Mövzu ilə bağlı politoloq Qabil Hüseynli “Yeni Müsavat”a dedi ki, Mask siyasətdən başı çıxan adam deyil: “Amma Amerikada prezidentliyə namizəd olmaq istəyir. Özünün biznes fəaliyyətini kənara qoyub, indi səriştəsiz, gerçəkliklərə uymayan, qeyri-elmi xarakter daşıyan müxtəlif iddiaları dövriyyəyə buraxmaqla məşğuldur. Onun taktikasında Amerika ictimai rəyini ələ almaqla seçkiləri qazanmaq məqsədi var. Hələ açıq elan etməyib, amma bunun davranışları, hərəkətləri, söylədikləri təcrübəli adama səriştəsiz kimi görünsə də,  aşağı səviyyəli elektorat üçün təsirli ola bilər. Hətta öz məqsədlərini bu dairələrdə reallaşdıra bilər. Ona görə Maskın məsləhətçiləri də olsa, qlobal proseslərdə piyada adamdır. Onun indi söylədiklərinin hamısı sırf təbliğat xarakteri daşıyır. Məqsədi Amerikada daha üstün mövqelərə gəlməkdən ibarətdir.

Amerikada Baydenın yenidən seçiləcəyinə də inamım azdır. Donald Tramp da səriştəsizliyini sübut etdi, indi də danışdıqlarının hamısı naşı fikirlərdən, sırf təbliğat xarakteri daşıyan, reytinqlərə hesablanmış danışıqlardan ibarətdir. Ona görə Trampın da, Baydenin də prezident olacağını sanmıram, hər ikisi keçmiş etapdır".

Tofiq Abbasov canlı efirdə Pənah Hüseyni döydü - Video

Tofiq Abbasov

Siyasi şərhçi Tofiq Abbasov da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı: “İlon Mask son dövrlərdə artıq siyasi oyunlarda olduğunu diqqətlərə gətirir. Çünki onun adətən bəyanatları tez-tez səslənir. O, həm də istifadəçilərin nəzərinə çatdırır ki, bu işlərdən xəbərdardır, özünün baxışları, proqnozları var. Bir növ mənə diqqət yetirin. Əslində o, son vaxtlar bir çox məsələlərlə bağlı proqnozlar verir. O bildirir ki, "insider" məlumatları var, yəni siyasi təhlillərin içərisindən gələn məlumatları var, həm də diqqətlərə çatdırır ki, siyasi dairələrlə əlaqədədir. Həm də o əlaqədə olduğu siyasi dairələrlə bağlı onların mövqeyini açıqlayır. Boynuna almasa da, bəzi dairələrin baxışlarını nümayiş etdirir. Bilirik ki, keçmiş “Tvitter” şəbəkəsinin ictimaiyyətə nə dərəcədə təsiri var. Əlbəttə, belə böyük bir platforma ixtiyarında olduğu halda, niyə də özünün siyasi ambisiyalarını bildirməsin, onlarla bağlı baxışlarını açıqlamasın. Amma mən deməzdim ki, o, naşı obrazında çıxış edir. Çünki onun bir neçə proqnozuna, çıxışına fikir vermişəm, hətta diqqəti cəlb edən fikirlər səsləndirir. Bu da göstərir  ki, onun ciddi siyasi planları var. Haqqında danışdığımız Rusiya-Ukrayna məsələsi ki var, dünyanın qlobal siyasi gündəliyində öndə gedir. Rusiyanın Ukrayna cəbhəsində savaşı həm də Qərbin Rusiyanı məhşər ayağına çəkməsi deməkdir. Bir yandan Rusiyanın həm resursu xərclənir, digər yandan, Ukrayna böyük itkilərlə üzləşib, faktiki olaraq iki pravoslav xalqını  toqquşdurmaqla Qərb burada da öz xeyrini götürür. Bu heç kim üçün sirr deyil. İki ölkənin savaşından qazanclar əldə edilir. Burada söhbət tək silah-sursatdan getmir. Mövcud potensialın xərclənməsindən gedir ki, güclü dövlətlər onların cəbhəxanalarını istifadə etsinlər. O biri dairələr də bundan qazanc əldə edirlər. Avropada da insanlar, siyasi dairələr Rusiya ilə  bağlı bir neçə qütbə bölünüb. Necə ki, İsrail-Fələstin qarşıdurmasında dünya parçalandı. Bir hissə İsrailə, digəri də Fələstinə dəstək verdi. Burada da eynilə dünya iki hissəyə parçalanıb. Avropanın özündə də, “Bəsdir Ukraynaya kömək göndərdik, biz Rusiya ilə münasibətləri itirə bilmərik”, - deyə çıxış edənlər var. Mənə elə gəlir ki, İlon Mask ikinci düşərgənin nümayəndəsidir".

Elxan Şahinoğlu: "Paşinyan həqiqətən sülh istəyirsə..."

Elxan Şahinoğlu

 Politoloq Elxan Şahinoğlu da maraqlı fikir bildirib. O deyib ki, İlon Maskın ABŞ prezidentliyinə iddiasını ortaya qoyacağını istisna etmir: “Onun vaxtilə inşaat və hotel sektorunda ad qazanmış keçmiş prezident Donald Trampdan nəyi əskikdir? Donald Tramp atasından qalma varidatla iş dünyasında ad qazandı, İlon Mask isə bütün qazandıqlarını özü əldə edib. İlon Mask son zamanlar siyasi açıqlamalar verir, indi də deyib ki, ABŞ-ın Ukraynanı atəşkəsə yönləndirməsi və Rusiya ilə münasibətləri normallaşdırması daha düzgün addım olar. Mask bildirib ki, Rusiya və Çinlə sərt qarşıdurma ABŞ üçün fəlakətli nəticələr doğura bilər. Biznesdə bütün zirvələri fəth edən şəxs adətən özünü siyasətdə sınamağı qərar verir, fikrimcə, İlon Mask da bu haqda düşünməyə başlayıb. Hər halda, İlon Mask 80 yaşını haqlayan Cozef Baydendən pis prezident olmayacaq”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR