İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask ölüm riski ilə üz-üzə - ŞOK SUİ-QƏSD iddiası

Tesla və SpaceX-in baş direktoru, milyarder İlon Mask həyatının təhlükə altında olduğuna inandığını, lakin "taleyin ona gülümsəyəcəyini" deyib.

Musavat.com xəbər verir ki, son günlərdə sui-qəsd ehtimalının olduğunu deyən Mask bunu yeni aldığı Twitter platforması ilə əlaqələndirib.

Qeyd edək ki, bu iddia Maskın 2020-ci il prezident seçkilərindən əvvəl ABŞ prezidenti Co Baydenin komandasının tələbi ilə Baydenin oğlu Hunter Bayden haqqında xəbərlərə senzura tətbiq edən sənədləri yaymasından sonra ortaya atılıb.

ABŞ-ın keçmiş prezidenti Con Kennedinin öldürülməsini xatırladan Mask deyib ki, heç vaxt açıq havada avtomobillə parad keçirməyəcək.

Ölüm riski ilə üz-üzə olduğunu deyən Mask sözlərinə belə davam edib:

638af2674e3fe019c4dbc612.jpg (74 KB)

"Mənim başıma pis bir şeyin gəlməsi və ya hətta vurulma riski olduqca əhəmiyyətlidir... İstəyirsinizsə, kimisə öldürmək o qədər də çətin deyil, ona görə ümid edirəm ki, bu, olmayacaq və taleyi mənə gülümsəyəcək..."

Milyarder daha sonra Vaşinqtondan kənarda olan siyasi təbəqənin, o cümlədən Trampın seçki kampaniyasının heyəti və Konqres üzvlərinin müxtəlif reaksiyalarından danışıb, "Hunter Bayden işi"nin məqsədinin hər şeyi aydınlaşdırmaq olduğunu söyləyib.

"Mən azad sözün mütləqiyyətçisiyəm. Başqasını həqiqətən incitmədiyiniz müddətcə, istədiyinizi deməyə icazə verilməlidir” - Mask deyib.

İş adamı Twitter-in bir daha siyasi platforma olmayacağını xüsusi vurğulayıb:

hunter.jpg (127 KB)

"Açığı, Twitter Demokratik Milli Komitənin bir qolu kimi davranırdı, bu gülünc idi. Twitter mühüm bir seçkidə müxalifətin səslərini susdurarsa və seçimlər təklif edərsə, bu, seçkiyə müdaxilədir”.

Qeyd edək ki, milyarder İlon Mask ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenlə bağlı xəbərlərin silinməsi ilə bağlı məxfi yazışmaları ifşa edib.

Həmin yazışmalara görə, 14 oktyabr 2020-ci ildə dərc olunan Hunter Baydenlə bağlı xəbərlər idarəçilər tərəfindən silinib və bununla bağlı paylaşımlara “güvənli deyil” xəbərdarlığı əlavə edilib.

Nigar Cəfərli,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

12 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR