İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask Medvedyevin ekstremist açıqlamasına platforma verməsinə haqq qazandırdı

Amerikalı milyarder və iş adamı İlon Mask Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyevin Ukrayna ilə bağlı dediklərinə görə Twitter istifadəçilərinə cavab verərək, onları öz qərarlarını verməyə təşviq edib.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, aprelin 8-də Medvedyev VKontakte sosial şəbəkəsində Ukraynanın tezliklə yox olacağına dair bir yazı dərc edib, yazıb ki, Ukrayna nə Avropaya, nə ABŞ-a, nə də Rusiya lazım deyil. Oxşar yazı onun ingilisdilli Twitter hesabında da yer alıb.

İlon Mask istifadəçilərin Rusiyaya qarşı sanksiyalara əməl etməməsi və Rusiya hakimiyyətinə platforma verməsi ilə bağlı iradlarını şərh edib. İş adamı Ukrayna ilə bağlı yazısından sonra Medvedyevin müdafiəsinə qalxıb və Twitter-də tənqidlərə cavab verib.

“Bütün xəbərlər müəyyən qədər təbliğat xarakteri daşıyır. Qoy insanlar özləri qərar versinlər”, - iş adamı vurğulayıb.

Bundan əvvəl Medvedyev Ukraynanın Rusiyanın bir hissəsi olduğunu, lakin geosiyasi səbəblərə görə Moskvanın ölkələrin “müxtəlif mənzillərdə” yaşaması ilə barışmağa məcbur olduğunu bildirib. Onun sözlərinə görə, Rusiya hakimiyyəti yerli rus əhalisi olan Rusiya imperiyasının tərkibində olan həmin ərazilərin “qondarma sərhədləri” ilə hesablaşmaq məcburiyyətindədir.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR