İnsanlara hürriyət, millətlərə istiqlal!

İlon Mask 2024-cü il seçkilərində Trampı dəstəkləməyəcəyini açıqlayıb

Xəbər verildiyi kimi, amerikalı milyarder İlon Mask “Twitter”ə sahib olacağı təqdirdə ABŞ-n keçmiş prezidenti Donald Trampın akkauntunu geri qaytaracağını bildirib. Bir çoxları tərəfindən bu, hətta İlon Maskın sabiq dövlət başçısını 2024-cü il seçkilərində dəstəkləyəcəyi kimi qəbul edilmişdi.

Musavat.com xaici agentliklərə istinadən xəbər verir ki, ixtiraçı biznesmen bununla bağlı bütün iddiaları rədd edib. O, öz mövqeyini “Twitter”dəki şəxsi hesabında da açıqlayıb.

Hesab edirəm ki, 2024-cü ildə daha az ziddiyyətlər yarada biləcək namizədi seçmək lazımdır. Lakin mən bir daha Trampın yenidən öz hesabına qovuşmasının tərəfdarıyam”,-deyə o, bildirib.

Qeyd etmək lazımdır ki, Donald Tramp “Twitter”ə qayıtmaq fikrinin olmadığını və özünün qurduğu “Truth Social” adlı sosial platformadan tərəfdarlarına səslənməyə üstünlük verdiyini açıqlayıb. Bundan başqa, keçmiş prezident 2024-cü ildə bir daha Ağ Evə sahib olmaq üçün namizəd olacağını təsdiqləyib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR