Onlayn ictimai-siyasi qəzet
Aktrisa Sonaxanım Əliyeva efirdə kövrək anlar yaşayıb.
Sənətçi “Elgizlə izlə” verilişində mərhum anasından danışıb.
“Ən dəhşətlisi odur ki, illərlə valideynin nazını çəkəsən, amma onunla vidalaşa bilməyəsən, dəfn edə bilməyəsən. Səndən xəbərsiz dəfn edələr… Sonuncu dəfə onu qucaqlayıb, qoxusunu duya bilməyəsən. Yuxuma da girirdi ki, görəsən, yeri rahatdırmı? Görəsən, onu necə dəfn etdilər? Hər şeyi şəriyyətə uyğunmu etdilər? Onun bir qızı var idi. Məsciddə halallıq suyunu mən tökməli idim. Amma ona da icazə vermədilər. Mən pəncərəmə göyərçin də qonanda elə bilirəm anamdır. Pişiklə danışıram, elə bilirəm anamdır. Onun 3 mərasimində evimin qapısında yaralı göyərçin gördüm. Mən bina evində yaşayıram. Düz, qapımın yanında idi. Yemək verdim yemədi, amma iki qaadından lələk qoyub getdi. Mən borcum idi, illərlə anamın əziyyətini çəkdim. İnsult keçirmişdi, onu ayağa qaldırdım. Həmişə anamı düşünmüşəm. Mənə yad bir insan zəng etdi ki, anan rəhmətə gedib. Onda artıq onu dəfn etmişdilər”, - Sonaxanım Əliyeva bildirib. (olay)
30 Iyun 2025
00:40 Emin Ağalarov “DREAM FEST 2025”i yenilənmiş proqramla keçirəcək - Rusiya ilə bağlı qərara görə
29 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ