İnsanlara hürriyət, millətlərə istiqlal!

İLK DƏFƏ! İlham Əliyev Ali Avrasiya İqtisadi Şurasının iclasında xüsusi qonaq qismində iştirak edəcək

Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan Prezidenti İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasında xüsusi qonaq qismində iştirak edəcəyini açıqlayıb.

Musavat.com bu barədə Rusiya mediasına istinadən xəbər verir.

"Əsas məqam budur ki, Azərbaycan Prezidenti İlham Əliyev bu gün ilk dəfə olaraq görüşdə xüsusi qonaq qismində iştirak edəcək", - Peskov bildirib.

Kremlin sözçüsü qeyd edib ki, Özbəkistan prezidenti Şavkat Mirziyoyev və Tacikistan lideri Emoməli Rəhmon da videobağlantı vasitəsilə iclasa qoşulacaqlar.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR