İnsanlara hürriyət, millətlərə istiqlal!

İlk dəfə: ABŞ Çin hərbçilərinin Ukraynada əsir düşməsinə münasibət bildirdi

Musavat.com xəbər verir ki, ABŞ Dövlət Departamenti Ukrayna tərəfindən iki Çin vətəndaşının əsir götürülməsi ilə bağlı yayılan xəbərləri ilk dəfə olaraq rəsmi şəkildə şərh edib.

Dövlət Departamentinin sözçüsü Təmmi Bryus bildirib ki, bu məsələ ciddi narahatlıq doğurur:

“Çin hərbçilərinin əsir düşməsi narahatedicidir. Bizə Ukraynanın Rusiya tərəfində döyüşən iki Çin vətəndaşını ələ keçirməsi barədə məlumat verilib. Çin Ukrayna müharibəsində Rusiyanın əsas müttəfiqidir.”

Təmmi Bryusun bu açıqlaması, xüsusilə Çin tərəfinin indiyədək Rusiya-Ukrayna müharibəsində birbaşa hərbi iştirakı ilə bağlı xəbərləri inkar etdiyi bir vaxtda, beynəlxalq medianın diqqətini çəkib.

Məlumat üçün qeyd edək ki, Çin və Rusiya son illərdə iqtisadi və hərbi sahədə əməkdaşlığı gücləndirib. Çin hökuməti isə Ukrayna müharibəsində neytrallığını bəyan etsə də, Qərb dövlətləri Pekini gizli şəkildə Moskvanı dəstəkləməkdə günahlandırır.

Bu arada, Çin tərəfi hələlik rəsmi olaraq Ukraynada hərbçilərinin əsir düşməsi faktını təsdiqləməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.

 

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

17 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR