İnsanlara hürriyət, millətlərə istiqlal!

ABŞ Martin Lüter Kinqin qətli ilə bağlı 230 mindən çox sənədin məxfiliyini ləğv edib

ABŞ Milli Kəşfiyyat Xidməti amerikalı ictimai xadim Martin Lüter Kinqin qətli ilə bağlı 230 min səhifədən çox sənəd dərc edib.

“Report” xəbər verir ki, dərc edilmiş sənədlər Federal Təhqiqatlar Bürosunun qeydləri və Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatlarıdır. Bəzi sənədlər ilk dəfə olaraq rəqəmsallaşdırılıb.

Martin Lüter Kinqin hazırda yaşayan iki övladı bu məlumatın dərcinə qarşı çıxıb. Onların fikrincə, bu fayllara tam tarixi kontekstində baxmaq lazımdır.

Nəşr üçün göstəriş Milli Kəşfiyyatın direktoru Tulsi Qabbard tərəfindən verilib. O, ABŞ prezidenti Donald Trampın şəffaflıq üzrə direktivini rəhbər tutub. Əvvəllər onun rəhbərliyi altında prezident Con Kennedinin və onun kiçik qardaşı Robert Kennedinin qətli ilə bağlı sənədlər dərc olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Iyul 2025

22 Iyul 2025

BÜTÜN XƏBƏRLƏR