Onlayn ictimai-siyasi qəzet
"Real"ın (Madrid) qapıçısı Tibo Kurtua Fransanın "France Football" qəzetinin "Qızıl top" müsabiqə sistemini tənqid edib. Belçika millisinin qapıçısı ilin ən yaxşı qapıçısı üçün nəzərdə tutulan Lev Yaşin mükafatına layiq görülüb.
Qol.az xəbər verir ki, bununla bağlı tədbirdən sonra jurnalistlərə açıqlamasınsa 30 yaşlı oyunçu deyib: “Əminəm ki, prinsipcə qapıçı “Qızıl top”u qazana bilməz. Bu mükafatın sahibi Kərim Benzema oldu və biz hamımız nəticədən razıyıq. Amma ötən mövsüm Çempionlar Liqasını və İspaniya çempionluğunu qazansam da, səsvermədə yalnız yeddinci yeri tutmuşam. Bu onu göstərir ki, qapıçılar nəzərə alınmır. Eyni zamanda ilk onluqda müdafiəçi də yoxdur. Yaxşı ki, heç olmasa, biz qapıçılar üçün başqa bir mükafat ayırıblar”.
23 Sentyabr 2024
22 Sentyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ