Onlayn ictimai-siyasi qəzet
Xəbər verdiyimiz kimi, bu gün ölkəmizdə ilk dəfə olaraq Azərbaycan Hakimlərinin Forumu keçirilib.
Musavat.com xəbər verir ki, tədbirdə müxtəlif nominasiyalar üzrə Azərbaycan Hakimlər İttifaqının təsis etdiyi “İlin hakimi” mükafatının təqdim edilməsi mərasimi baş tutub.
Mərasimdə "Hakimliyə namizədlərin və hakimlərin tədrisində səmərəli fəaliyyətə görə" Ali Məhkəmənin hakimi Elşanə Vəliyevə, "Ədalət mühakiməsinin həyata keçirilməsi sahəsində hüquq elminin inkişafına verdiyi töhfəyə görə" Ali Məhkəmənin hakimi Zaur Əliyev, Şirvan Apellyasiya Məhkəməsinin hakimi Orxan İsmayılov, Nəsimi Rayon Məhkəməsinin hakimi Nail Abbasov, "Məhkəmə təcrübəsinin vahidliyinin formalaşmasına verdiyi töhfələrə görə" Ali Məhkəmənin hakimi Səyyad Kərimov, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının sədri Rafael Eyvazov, ““Elektron Məhkəmə” informasiya sisteminin inkişafına verdiyi töhfəyə görə” Bakı Apellyasiya Məhkəməsinin hakimi Tural Qocayev “İlin hakimi” mükafatı ilə təltif olunublar.
Bundan başqa, Azərbaycan Hakimlər İttifaqının İdarə heyətinin üzvü Əsəd Mirzəliyev" Hakimlərin ictimai fəaliyyəti sahəsində səmərəli fəaliyyətə görə", “Femida Könüllüləri” Təşkilatının 4 könüllüsü isə "Məhkəmə-hüquq sistemində könüllülük fəaliyyətinin səmərəli təşkilinə görə" mükafatı ilə təltif olunublar.
Musavat.com
28 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ