Onlayn ictimai-siyasi qəzet
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın dövlət başçısı İlham Əliyevə zəng edib.
Musavat.com xəbər verir ki, bu barədə Prezidentin Mətbuat xidməti məlumat yayıb.
Dövlət başçıları Prezident Vladimir Putinin Azərbaycana dövlət səfərinin nəticələrindən məmnunluqlarını ifadə ediblər.
Prezidentlər səfər çərçivəsində əldə olunmuş razılaşmaların həyata keçirilməsi istiqamətində aparılan fəaliyyətin Azərbaycan ilə Rusiya arasında tərəfdaşlıq və strateji müttəfiqlik münasibətlərinin daha da güclənməsinə xidmət edəcəyinə əminliklərini bildiriblər.
Telefon söhbəti əsnasında Cənubi Qafqaz regionunda vəziyyət müzakirə olunub. Vladimir Putin Rusiyanın Azərbaycan ilə Ermənistan arasında sülh gündəliyinin irəli aparılmasına dəstək verməyə hazır olduğunu deyib.
Telefon danışığı zamanı Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat dəhlizinin açılması ilə bağlı fikir mübadiləsi aparılıb.
***
13:30
Rusiya prezidenti Putinlə Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub.
Musavat.com xəbər verir ki, məlumatı Kreml yayıb. Bildirilib ki, Rusiya və Azərbaycan liderləri regiondakı vəziyyəti, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanmasını müzakirə ediblər.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ