İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyevdən "blokada" məsələsi ilə bağlı Paşinyana SƏRT CAVAB- VİDEO

 

 “Azərbaycanda “Dağlıq Qarabağ” adlanan inzibati-ərazi vahidi yoxdur”. 

Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev Münxen Təhlükəsizlik Konfransı çərçivəsində  "Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması" mövzusunda  Ermənistanın baş naziri Paşinyanın da iştirak etdiyi plenar iclasda deyib.

“Ümumiyyətlə "Dağlıq Qarabağ" ifadəsi yoxdur. Tərəfdaşlarımızdan xahiş edərdim ki, Azərbaycanın ərazi bütövlüyünə və konstitusiyasına hörmət eləsinlər.

Azərbaycanın Qarabağ regionu mövcuddur. Orada Ermənistan sakinləri yaşayır. Biz haradansa göndərilən şəxslə (Vardanyan) danışıqlar aparmayacağıq.

Həmin şəxsin Qarabağdan İrəvana getməsi, oradan Rusiyaya getməsi. Sonra İrəvana və Qarabağa qayıtması bir daha onu sübut edir ki, heç bir blokadadan söhbət gedə bilməz”,-deyə Azərbaycan Prezidenti bildirib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR