Onlayn ictimai-siyasi qəzet
“Azərbaycan Prezidenti növbəti dəfə çoxlarının gözləmədiyi güclü bir gediş etdi”.
Bu barədə AMİP sədri Arzuxan Əlizadə Musavat.com-a 7 fevrala növbədənkənar Prezident seçkilərinin təyin edilməsinə münasibət bildirərkən danışıb.
A.Əlizadə hesab edir ki, bu qərarın verilməsini şərtləndirən bir sıra amillər var. Bu amillərin içərisində başlıcası ondan ibarətdir ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə eləyəndən sonra ilk dəfədir tam olaraq ərazi bütövlüyünü və bütün ərazisində suverenliyini bərpa eləmiş olub.
Ölkədə separatizmə son qoyulub, ölkə sərhədləri ilk dəfədir ki, müstəqillik əldə eləyəndən sonra tam olaraq Azərbaycanın nəzarəti altındadır və bununla da təkcə ölkədə deyil, eləcə də regionda yeni situasiya formalaşıb: “Bütün bu yeni situasiyanın formalaşmasının əsas müəllifi də heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevdir. Etiraf eləmək lazımdır ki, İlham Əliyevin reytinqi hazırda heç zaman olmadığı qədər yüksəkdir. Və belə bir dövrdə xalqın daha da çox etimadını qazanaraq Azərbaycan Prezidenti ciddi islahatlara gedilməsini hədəfləyir. Özünün hazırkı reytinqindən istifadə edərək, xalqın daha böyük hissəsinin səsini qazanaraq islahatlara gedilməsi, xüsusilə idarəetmə sistemində ciddi dəyişikliklərə gedilməsi hədəflənir. Ehtimallarımız hələ ki, bundan ibarətdir. Gözlənilməz gediş olmaqla, çoxlarını təəccüblənirməklə Azərbaycan Prezidenti növbəti dəfə güclü bir gediş etdi. Bunun nəticələri də 7 fevralda seçkilər keçiriləndən sonra daha əhatəli şəkildə hiss olunacaq”.
Etibar Seyidağa,
Musavat.com
29 Noyabr 2024
28 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ