Onlayn ictimai-siyasi qəzet
Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 14-15-də Tacikistan paytaxtı Düşənbədə keçiriləcək Mərkəzi Asiya dövlət başçılarının görüşündə iştirak edəcək.
Musavat.com Tacikistan Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya istinadən xəbər verir ki, Azərbaycan Prezidenti Mərkəzi Asiya dövlət başçılarının toplantısında fəxri qonaq kimi iştirak edəcək və nitq söyləyəcək.
İlham Əliyev 2018-ci ildən bəri keçirilən bu toplantıya dəvət olunan ilk qeyri-region ölkəsi dövlət başçısıdır. Onun səfər çərçivəsində Tacikistan Prezidenti İmomali Rahmonla ayrıca görüşü də nəzərdə tutulur.
Musavat.com
ŞƏRHLƏRŞƏRH YAZ