İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev Bağdad Amreyevin fəaliyyətini yüksək qiymətləndirib

"Biz Bağdad Amreyevin Türk Dövlətləri Təşkilatının Baş katibi kimi fəaliyyətini yüksək qiymətləndiririk".

Musavat.com-un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 11-də Səmərqənddə Türk Dövlətləri Təşkilatının (TDT) IX Zirvə Görüşündə çıxışı zamanı deyib.

"Türk dünyasının birliyinə verdiyi töhfə və xidmətləri nəzərə alaraq, Bağdad Amreyev Azərbaycanın yüksək dövlət mükafatı olan "Dostluq" ordeni ilə təltif edilmiş və oktyabr ayının 21-də mənim tərəfimdən bu orden ona təqdim edilmişdir. Bir daha təbrik edirəm", - dövlət başçısı bildirib.

Qeyd edək ki, bu günə qədər TDT-nin Baş katibi Bağdad Əmrayev idi. Bu gün isə həmin posta Qırğız Respublikasının nümayəndəsi Kubanıçbek Ömüraliyev təyin olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR