İnsanlara hürriyət, millətlərə istiqlal!

İlham Əliyev: AŞPA-nın Azərbaycana qarşı mövqeyi ərazi bütövlüyümüzü təmin etməyimizlə əlaqədardır

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Azərbaycana qarşı haqsız mövqeyi ölkənin ərazi bütövlüyünün bərpası ilə əladədardır.

Musavat.com-un məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev avqustun 30-da Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrımın başçılıq etdiyi Türkiyə Böyük Millət Məclisinin üzvlərindən ibarət nümayəndə heyətini qəbul edərkən deyib.

Bir sıra Qərb təsisatlarında anti-Azərbaycan qüvvələrin ölkəyə qarşı haqsız və ədalətsiz münasibətinə toxunan dövlət başçısı vurğulayıb ki, Avropa Şurası Parlament Assambleyasında bizim əleyhimizə olan mövqe bilavasitə öz ərazi bütövlüyümüzü və suverenliyimizi təmin etməyimizlə əlaqədardır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Noyabr 2024

26 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR