İnsanlara hürriyət, millətlərə istiqlal!

İki supergücün "ŞAR DAVASI" - Pentaqon yeni görüntüləri ÜZƏ ÇIXARDI

Xəbər verdiyimiz kimi, fevralın əvvəlində ABŞ səmasında görünən müəmmalı obyekt ölkəni ayağa qaldırıb. ABŞ UFO və gizli hərbi layihə kimi çoxsaylı nəzəriyyələri ortaya qoyan obyektin Çinə aid casus şarı olduğunu açıqlayıb.

Pekin hava şarının külək tərəfindən uçurulan mülki tədqiqat avadanlığı olduğunu iddia etsə də, vəziyyət münasibətləri onsuz da gərgin olan iki supergücü yenidən üz-üzə gətirib. ABŞ dövlət katibi Blinken Çinə səfərini ləğv edib və fevralın 4-də hava şarı Baydenin göstərişi ilə vurulub. ABŞ-a məxsus beşinci nəsil F-22 qırıcısı okeanın üzərindən hava şarını yerə salıb. 14 metr dərinlikdə suya düşən şar və daşıdığı müşahidə cihazları araşdırma üçün Virciniya ştatında Federal Təhqiqatlar Bürosunun (FTB) laboratoriyasına aparılıb.

Musavat.com xəbər verir ki, iki ölkə arasında “şar” davasının davam etdiyi bir vaxtda ABŞ Müdafiə Nazirliyi vurulan obyektin ən aydın görüntüsünü yayıb.

Bildirilib ki, dünya mətbuatında böyük əks-səda doğuran foto fevralın 3-də U-2 qırıcı təyyarəsindən çəkilib.

Casus şarının ən aydın görüntüsünü təqdim edirik:

63f70c2c4e3fe1006c627312.jpg (58 KB)

 

 

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR