İnsanlara hürriyət, millətlərə istiqlal!

İki nüvə dövləti qarşı-qarşıya: ŞƏT böhranı dərinləşir!

"Hindistanla Pakistan arasında artan gərginlik və müharibə ehtimalı hər iki dövlətin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatını çətin vəziyyətə salıb".

Musavat.com bildirir ki, bu barədə politoloq Elxan Şahinoğlu bildirib.

Politoloq qeyd edir ki, təşkilatın digər üzvü Çin müttəfiqi Pakistanı dəstəkləyir:

"Təsadüfi deyil ki, Kəşmirdəki son olaydan sonra Pakistanın xarici işlər naziri Pekinə gedərək çinli həmkarıyla geniş fikir mübadiləsi aparıb. İslamabad Pekinin dəstəyinə arxayındır. Bu o deməkdir ki, Hindistan Pakistana qarşı hərbi əməliyyata başlayarsa, Dehli qarşısında Çini də görəcək. Kreml mövcud gərginlikdə hər hansı tərəfi dəstəkləmir. Rusiya Prezidenti Vladimir Putinin Hindistana səfəri planlaşdırılsa da, Kreml son vaxtlar İslamabadla da dialoqu genişləndirib. Putin Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən son sammitində Pakistanın baş naziri Şahbaz Şəriflə danışıqlar aparıb, bundan sonra Rusiyanın baş naziri Mixail Mişustin İslamabada səfər edib. Rusiya Pakistanın nəqliyyat imkanlarından istifadə etməyi planlaşdırır. Dehli Kəşmirdəki terror olayından sonra Pakistana qarşı sanksiyalar tətbiq edib. Bu səbəbdən Dehli Kremlin İslamabadla dialoqunu davam etdirməsinə mənfi yanaşacaq". 

elxannnnnn.jpg (74 KB)

Elxan Şahinoğlu

Politoloq sonda qeyd edib ki, bütün hallarda iki nüvə dövləti olan Hindistan və Pakistan gərginliyin azalması yollarını tapmalıdırlar:

"Əks halda bu həm Şanxay Əməkdaşlıq Təşkilatının nüfuzuna xələl gətirəcək, həm də təşkilata üzv dövlətləri çətin seçim qarşısında qoyacaq ki, onlar bunu istəmirlər".

 

Xalidə Gəray
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Aprel 2025

28 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR