İnsanlara hürriyət, millətlərə istiqlal!

İki nəfəri bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Musavat.com-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə şəhər sakinləri 1967-ci il təvəllüdlü Rəsmiyyə Bəndəliyevanın sol qolun diz nahiyəsinin kəsilmiş yarası və 1962-ci il təvəllüdlü Məhəmməd Musyaevin sol çiyin nahiyəsinin kəsilmiş yarası alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən R. Bəndəliyevanın keçmiş həyat yoldaşı,1966-cı il təvəllüdlü German Qocayev saxlanılıb.

İlkin araşdırmalar zamanı məlum olub ki, G. Qocayev şəxsi münasibətlər zəmnində R. Bəndəliyeva ilə mübahisə zamanı sonuncuya bıçaqla xəsarət yetirmiş, daha sonra onları aralamaq istəyən M. Msuayevi yaralayıb. Şübhəli şəxs saxlanılaraq istintaqa təqdim edilib.

Faktla bağlı araşdırmalar aparılır.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR