Onlayn ictimai-siyasi qəzet
Beynəlxalq oyunlara görə fasilədən sonra Türkiyə Super Liqasında "Çaykur Rizəspor"u qəbul edəcək "Qalatasaray"da Mauro İkardi şoku yaşanır. Argentinalı futbolçu "Adana Dəmirspor" matçının 25-ci dəqiqəsində zədələnərək oyunu tərk edib.
Məlumata görə, bir ay meydanlardan uzaq qalması gözlənilən ulduz hücumçunun zədəsini sağaltması 1,5-2 ay çəkə bilər.
İkardi bu mövsüm Super Liqaya yaxşı başlayıb, 3 matçda 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Baş məşqçi Okan Burukun ikili hücumçu planı üçün Mauro İkardinin dönüşünü gözləyəcəyi bildirilib. Bu halda Osimhenin yeganə mərkəz hücumçusu kimi ilk 11-likdə yer alacağı mümkündür. (Ölkə.az)
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ