Onlayn ictimai-siyasi qəzet
Dövlət İmtahan Mərkəzi II və III ixtisas qrupları üzrə keçirilən qəbul imtahanda ən yüksək nəticəni göstərən şagirdlərin siyahısını açıqlayıb.
"Dəyanət" liseyinin yetirməsi, II qrup üzrə ən yüksək nəticə göstərərək birinci olmağı bacaran Xədicə İsmayılzadə sevincini Oxu.Az-la bölüşüb.
- Xədicə, təbrik edirəm. 380 balla II qrup üzrə ən yüksək nəticə göstərmisiniz. Bəs özünüz hansı balı gözləyirdiniz?
- Özüm də təxminən bu civarda bal gözləyirdim.
- Ən çox narahat olduğunuz fənn hansı idi?
- Ən çox... Coğrafiya. (gülür)
- İmtahanlara necə hazırlaşırdınız? Yəni necə oldu ki, ən yüksək nəticəni toplaya bildiniz?
- Çox oxuyurdum. Vaxtımın çoxunu oxumağa sərf edirdim.
- Repetitor yanına gedirdiniz, yoxsa liseydə öyrəndiyinizlə kifayətlənirdiniz?
- Hazırlığa da gedirdim, müəllimlərlə birlikdə də hazırlaşırdım.
- Xədicə, bəzən belə olurdumu, məsələn hiss edirdiniz ki, əslində, yorulmusunuz və oxumağa həvəsiniz yoxdur?
- Aha. Olurdu. (gülür)
- Bəs həmin vaxtlarda nə edirdiniz?
- Heç nə. Həvəsim olmurdu, amma yenə də oturub tapşırıqları yazırdım. Başqa nəyəsə vaxtım olmurdu. (gülür)
- Valideynləriniz nə işlə məşğul olurlar?
- Atam bizneslə, anam da evdar xanımdır.
- Ali təhsil alan, sizdən böyük bacı ya qardaşınız varmı?
-Xeyr, yoxdur. Hələ ki balacadırlar.
- Xədicə, hansı ixtisası seçmək, kim olmaq istəyirsiniz?
- ... (düşünür). Milyonçu filan. (gülür)
- Milyonçu olmanıza etirazımız yoxdur, amma hansı ixtisası seçib milyonçu olmağı hədəfləmisiniz?
- İxtisas?... İxtisas seçməmişəm hələ. Əsas bal yığmağa köklənmişdim.
- Həə, onda mütləq milyonçu olacaqsınız, (gülürük). Gələcəyin milyonçusu olaraq necə düşünürsünüz, uğur qazanmaq üçün əsas olan nədir - zəka, zəhmət, yoxsa nizam-intizam?
- Məncə, birinci nizam-intizam lazımdır.
- Birinci olduğunuzun ilk sevincini kiminlə bölüşdünüz?
- Evdə təkcə anam idi, onunla bölüşdüm. SMS göndərdim, 380 balı görən kimi anamla bölüşdüm.
- Həmin an necə bir hiss keçirdiniz?
- Lap çox sevindim. Sevindim ki, zəhmətim yerdə qalmadı. İstəyirəm ki, o biri imtahanlarım daha yaxşı olsun.
13 Iyun 2025
12 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ