İnsanlara hürriyət, millətlərə istiqlal!

İEP: Keçmiş SSRİ ölkələri arasında Azərbaycan və Ermənistan hərbi xərclərə görə birincidir

İqtisadiyyat və Sülh İnstitutu (IEP) dünyanın hərbi sənayelərindəki tendensiyaları təsvir edən “Militarizasiyada Mövcud Trendlər” adlı hesabat dərc edib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, hesabat müəllifləri digər məsələlərlə yanaşı, müxtəlif ölkələrin büdcələrində hərbi xərclərin hansı yeri tutduğunu hesablayıblar.

Sənədə əsasən hərbi sektor KXDR-də iqtisadiyyatda ən mühüm yeri tutur (2023-cü ilin məlumatlarına görə ÜDM-in ən azı 24%-i).

Əfqanıstanın (10%), eləcə də Yaxın Şərq və Afrika ölkələri: Oman (5,9%), Əlcəzair (4,8%), Mali, Mərakeş və Səudiyyə Ərəbistan (hər biri 4,5%) burada liderlər sırasındadır.

Keçmiş SSRİ dövlətləri arasında Ermənistan (4,2%) və Azərbaycan (3,8%) siyahıya başçılıq ediblər.

Qeyd olunur ki, Ermənistanda bu göstərici 2008-ci ilin məlumatı ilə müqayisədə 0,7%, Azərbaycanda isə 0,5% artıb.

Gürcüstanda bu rəqəm cəmi 1,3% təşkil edir. 2008-ci ildən bu yana Gürcüstanın hərbi xərcləri 6,6% azalıb.

Rusiyada bu rəqəm 2,4%, Türkiyədə 0,7%, İranda 2,2% olub.

ABŞ iqtisadiyyatında hərbi xərclər 3,1% təşkil edir. 15 il əvvəl bu rəqəm 4,7% olub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR