Onlayn ictimai-siyasi qəzet
“37 yaşım var, kuliminasiya nöqtəsini görmüşəm. Kimlə laızmdırsa, duet oxumuşam, lazımi yerlərdə çıxış etmişəm. Bir ölkəni təmsil etmək qalıb, Avroviziya müsabiqəsi kimi...”
Musavat.com olay-a istinadla xəbər verir ki, bu sözləri “Qapqara” layihəsində müğənni Rauf Əhmədov (Rauf - 40) deyib.
O bildirib Avroviziya mahnı müsabiqəsinə getsə, qalib ola bilər:
“Növbəti kim gedəcəksə, bilirəm ki, uduzub gələcək. İndi taktika ilə getmək lazımdır. Bu da hər musiqiçidə olmur. Belə mən yaxşı görünürəm, yaxşı səsim var. Bu, azdır.
Bəzi sirlər var, onu açıqlamaq istəmirəm. Məni göndərsələr, komanda təşkil edib, qələbə qazana bilirəm. Minumum ikinci yer, birinci yer götürə bilərəm. Bizi dəyərləndirərlər. Mənim gözüm toxdur. Yəqin ki, kimlərsə var ki, onları göndərirlər. Onlar da uduzub gələcəklər. Keçən il də proqnoz vermişdim, bu il də. Bizdə 95 faiz plagiatdır, parodiyadır”.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ