İnsanlara hürriyət, millətlərə istiqlal!

İddia: Rusiya FTX-də Ukraynanın vəzifəli şəxslərinə sui-qəsd təşkil edən bölmə var

 

Ukrayna kəşfiyyatı müharibə başlayandan bəri dövlət rəhbərlərinə qarşı onlarla sui-qəsdi əngəlləyib.

Musavat.com “gordonua” saytına istinadən xəbər verir ki, bu barədə Ukraynada Təhlükəsizlik Xidmətinin rəhbəri Vasili Malyuk məlumat yayıb.

O, “1+1” telekanalına müsahibəsində FTX-nin bütöv bir silsilə sui-qəsd və terror aktları hazırladığını vurğulayıb: “Hər şeyi deməyəcəyik, çünki onlar da öz biabırçı təcrübələrindən dərs alırlar”,-deyə o qeyd edib.

Vasili Malyuk xüsusilə  kəşfiyyat rəhbəri Kirill Budanov və müdafiə naziri Aleksey Reznikova qarşı sui-qəsd cəhdlərinin artdığını bildirib. Ukrayna rəsmisi bu sahədə Qərbin xüsusi xidmət orqanları ilə koordinəli şəkildə çalışdıqlarını vurğulayıb. Onun sözlərinə görə Qərb kəşfiyyatı Ukrayna Təhlükəsizlik Xidmətinin işini çox yüksək qiymətləndirir.

“Lakin işğal olunmuş ərazilərdəki Rusiya ilə əməkdaşlıq edən kollaborantlarla bağlı vəziyyət tam fərqlidir. Ya mindikləri maşın havaya qalxır, ya yanlış yerdə siqaret çəkirlər, ya da elə partlayırlar ki, rus həkimləri onları həftələrlə tikə bilmirlər. Əgər ilk aylarda işğal olunmuş ərazilərdə rəhbər “vəzifələr” tutmaq istəyən çoxlu sayda satqınlar var idisə, UTX-nin uğurlu fəaliyyətindən sonra onların sayı xeyli azalıb. Çünki belə “vəzifələr” indi “təhlükəli” və “ölümcül” hesab olunur”,-deyə xəbərdə bildirilir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR