Onlayn ictimai-siyasi qəzet
Bu gün – 2 may 2025-ci il tarixində Bakıdakı “Fairmont Baku” otelinin Nizami Gəncəvi zalında Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forum işə başlayıb.
Tədbirin əsas məqsədi medianın maarifləndirici funksiyasının və ictimai rəyin formalaşdırılmasında proaktiv rolunun artırılması, həssas məlumatların cəmiyyətə düzgün və məsuliyyətli şəkildə ötürülməsi, media subyektləri ilə dövlət qurumları və digər tərəflər arasında əlaqə və koordinasiyanın təkmilləşdirilməsidir.
Musavat.com xəbər verir ki, Forumun açılış mərasimi saat 10:00-da keçirilib. Tədbirin rəsmi hissəsində media nümayəndələri, dövlət rəsmiləri, ekspertlər və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər.
Müzakirələr zamanı medianın cəmiyyət üzərindəki təsiri, informasiya təhlükəsizliyi, ictimai-siyasi proseslərin obyektiv və balanslı şəkildə işıqlandırılması məsələləri əsas diqqət mərkəzindədir.
Forum çərçivəsində panel iclaslar, təcrübə mübadiləsi sessiyaları və aktual mövzularda fikir mübadilələrinin aparılması planlaşdırılır.
Musavat.com
02 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ