İnsanlara hürriyət, millətlərə istiqlal!

İctimai nəqliyyatda özbaşınalıq: Sürücülər marşrut xəttinə niyə gec çıxır? - VİDEO

Sübh saatlarından işə gedən, mənzil başına çatmaq istəyən sərnişinlər avtobuslardan istifadə edərkən bəzən problemlərlə üzləşir. Belə ki, vətəndaşlar avtobusları nə qədər gözləsələr də istəklərinə çata bilmirlər.

Musavat.com xəbər verir ki, belə avtobuslardan biri də şəhərin mərkəzində dolaşan 39 saylı marşrutdur.

Yeni Yasamalda Məhəmməd Xiyabani küçəsindən hərəkət etməli olan avtobusu sübh saatlarında tapmaq olmur.

Mövcud vəziyyət avtobusdan istifadə edən sərnişinlərə böyük narahatlıq yaradır.

Məsələ ilə bağı daşıyıcı şirkətin mətbuat katibi Nizam Rzayev "ARB Xəbər"-ə açıqlamasında gecikmələrin olmasından xəbərdar olduqlarını və problemin həlli ilə bağlı lazımi tədbirlər görüləcəyini bildirib.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

07 Oktyabr 2024

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR