İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra hakimiyyətindən binanın fəsadının qoparaq küçəyə düşməsi barədə AÇIQLAMA

Səbail rayonu, Bülbül prospekti 7 ünvanında yerləşən binanın fəsadı qoparaq küçəyə düşüb.

Musavat.com xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Hadisə zamanı xəsarət alan olmasa da, təhlükəli vəziyyət yaranıb.

Məsələ barədə Səbail Rayon İcra Hakimiyyətindən Oxu.Az-a bildirilib ki, binanın fasad hissəsinin tam təmir olunması məsələsi nəzarətdə saxlanılır:

“Sahil İncisi” MTK-ya məxsus çoxmənzilli yaşayış binasından üzlük daşı qopub düşən fasad hissə ilə bağlı dərhal tərəfimizdən aidiyyəti qurumlara rəsmi müraciətlər ünvanlanıb. Eyni zamanda, təmir-bərpa işlərinin aparılması məqsədilə sözügedən MTK-ya rəsmi və şifahi qaydada müraciət olunub.

Qeyd etmək istəyirik ki, “Sahil İncisi” MTK tərəfindən qısa zamanda təmir-bərpa işləri görüləcək. Sözügedən yaşayış binasının fasad hissəsinin tam təmir olunması tərəfimizdən nəzarətdə saxlanılır”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR