İnsanlara hürriyət, millətlərə istiqlal!

İcra başçısına yeni müavin təyin olundu - FOTO

Şəmkir Rayon İcra Hakimiyyətinin (RİH) başçısına yeni müavin təyin olunub.

"Report"un əldə etdiyi məlumata görə, bununla bağlı icra başçısı Rəşad Tağıyev müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən Sahibsoy Rüfət Sahib oğlu Şəmkir RİH başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O, bu gün kollektivə təqdim olunub.

Qeyd edək ki, R.Sahibsoy bundan öncə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin departament müdiri vəzifəsində çalışıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR