İnsanlara hürriyət, millətlərə istiqlal!

İcma Paşinyanın çıxışına BELƏ cavab verdi

Qərbi Azərbaycan İcması Ermənistanın baş naziri Nikol Paşinyanın ATƏT Parlament Assambleyasının İrəvanda keçirilən iclasındakı çıxışında Azərbaycana qarşı növbəti dəfə böhtan atmasını və Qərbi Azərbaycan İcmasının fəaliyyətini təhrif etməsini şərh edib.

Musavat.com xəbər verir ki, İcmanın bununla bağlı açıqlamasında deyilir:

"Azərbaycan Ermənistanı Qərbi Azərbaycan adlandırmaqla Ermənistana hərbi təcavüzə hazırlaşır", - deyən N.Paşinyana xatırladırıq, bu, həmin Ermənistan və N.Paşinyan hökumətidir ki, Azərbaycan ərazilərini 30 il işğal altında saxlamış, bununla qürrələnmiş, 2019-cu ildə Xankəndidə "Qarabağ Ermənistandır və nöqtə" deyə aləmə car çəkmiş, amma sonradan "Ermənistan heç vaxt Azərbaycana qarşı ərazi iddiası etməmişdir" açıqlaması verib.

"Qərbi Azərbaycan" ifadəsinə gəlincə qeyd edək ki, bu, tarixi və coğrafi həqiqətə əsaslanan bir termindir və İcmamızın ondan istifadə etməsi beynəlxalq insan hüquqları konvensiyaları ilə tanınan özünü-identifikasiya hüququna əsaslanır.

Bu ifadəyə etiraz edən N.Paşinyan qoy izah etsin, necə olur ki, onun məntiqi ilə "Artsax", "Dağlıq Qarabağ" demək Azərbaycanın ərazi bütövlüyünü, suverenliyini təhdid etmək sayılmır, amma "Qərbi Azərbaycan" ifadəsini işlətmək Ermənistanın suverenliyinə qəsd anlamına gəlir!

Bir daha vurğulayırıq ki, Qərbi Azərbaycan İcmasının Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur və sülhə, barışığa N.Paşinyanın gəlişigözəl sözləri ilə, yalandan özünə “demokrat” imici yaratmaqla deyil, səmimi addımlarla nail olmaq olar. Bu xüsusda, N.Paşinyan hökumətindən azərbaycanlıların Ermənistanda öz dədə-baba yurdlarına qayıdış hüququnu tanımasını və Qərbi azərbaycanlılarla tarixi barışığın əldə edilməsi üçün İcma ilə dialoqa başlamasını gözləyirik".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

29 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR