İnsanlara hürriyət, millətlərə istiqlal!

İçkili halda maşın sürüb vətəndaşı təhqir edən şəxs barəsində DİN-dən AÇIQLAMA

Paytaxtın Yasamal rayonu, İnşaatçılar prospekti 147 ünvanında xoşagəlməz baş verib.

Musavat.com Avtosfer.az-a istinadən xəbər verir ki, 10-VA-969 dövlət nömrə nişanlı "Toyota Land Cruiser Prado" markalı avtomobilin sərxoş sürücüsü sözügedən ərazidəki köşkə yaxınlaşaraq satıcıya qarşı qeyri-etik davranış sərgiləyib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı bildirib ki, paytaxtın Yasamal rayonu ərazisində vətəndaşın təhqir və təhdidə məruz qalması ilə bağlı paylaşılan məlumat araşdırılıb. vakansiya 2023

Həmin şəxs - 1991-ci təvəllüdlü F.Abdullayev müəyyən olunaraq polis orqanına dəvət edilib və barəsində qanunvericiliyə uyğun olaraq tədbir görülüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR