Onlayn ictimai-siyasi qəzet
Sabiq futbolçu Zlatan İbrahimoviçin şərəfinə vida matçı keçiriləcək.
Publika.az xəbər verir ki, İsveç millisinin sabiq üzvü yığmanın heyətində son dəfə meydana çıxacaq. Skandinaviya təmsilçisinin rəqibi Serbiya millisi olacaq. Matç iyunun 8-də Stokholmdakı “Friends Arena”da keçiriləcək.
Son olaraq "Milan"da çıxış edən İbramoviç ötən mövsümün sonunda karyerasını başa vurub. 42 yaşlı futbolçu İsveç millisinin heyətində 122 oyuna çıxıb və 62 qol vurub. O, milli komanda tarixinin bombardiridir. İbra eyni zamanda 12 dəfə İsveçdə ilin ən yaxşı futbolçusu seçilib.
O, hazırda "Milan"ın sahibi Cerri Kardinalın məsləhətçisidir.
25 Noyabr 2024
24 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ