İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahim Kalının "Azəri türküsü": "Səni mənə verməzsə" - Zaranın ifası (VİDEO)

Bu günlərdə Türkiyənin Milli Təhlükəsizlik Xidmətinin rəhbəri təyin edilən İbrahim Kalının yazıçılığı və bəstəkarlığı da varmış.

İ.Kalın ərzurumlu ailənin övladı olaraq İstanbulda doğulsa da, valideynlərinin yaşadığı mahalın cəmiyyətinin adət-ənənələrinə, musiqisinə daha dərindən bələdliyi üzündən onun bəstələdiyi mahnıların biri "Sən mənə verməzsə" internet resurslarında "Azəri musiqisi" kimi təqdim olunur və bu mahnını Türkiyənin məşhur sənətçisi Zara ifa edir. 

Bundan başqa, İ.Kalın prezidentin sözçüzü olduğu illərdə yazdığı əsərlərlə də tanınır. Bu əsərlər arasında "Açıq üfüq", "İslam və Qərb", "Varlıq və idrak: Molla Sədranın bilik anlayışı", "Səbəb və Fəzilət: Türkiyənin sosial təsəvvürü", "Mən, digəri və ondan ötəsy: İslam-Qərb münasibətləri tarixinə giriş", "Eninə, boyuna Türkiyə", "İslamofobiya: 21-ci əsrdə plüralizm problemi", "Barbar müasir sivilizasiya" "Göy qübbəsinin altında" kimi əsərləri, "Ustadın məktubları" kimi tərcüməsi var.

Ayrıca İbrahim Kalınn aşağıdakı mahnıların sözlərinin və musiqizinin müəllifidir: "Heç olub", "Sən mənimsən, mən də sənin", "Gəlin suya gedir", "Magusa limanı" və s.

Musavat.com Türkiyənin baş kəşfiyyatçısının "Səni mənə verməzsə" mahnısını Zaranın ifasında təqdim edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

06 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR