İnsanlara hürriyət, millətlərə istiqlal!

İbrahim Kalından seçki tarixi ilə bağlı AÇIQLAMA

"Prezident təkbaşına bu qərarı verə bilməz. Parlament öz sözünü deməlidir".

Bunu Türkiyə Prezidentinin sözcüsü İbrahim Kalın "CNN İnternational"a müsahibəsində deyib.

Onun sözlərinə görə, yaxın günlərdə başqa bir siyasi konsensus əldə olunmasa, may ayında Türkiyədə ümumi seçkilərin keçirilməsi tendensiyası müşahidə olunur.

"Amma sonda seçkilərin zəlzələnin təsirinə məruz qalan 10 əyalətdə keçirilib-keçirilməyəcəyinə Ali Seçki Şurası qərar verəcək. 2 milyondan çox insan bölgəni tərk edib. Texniki problemlər var, məsələn, necə səs verəcəklər, hara gedəcəklər deyə suallar yaranır. Lakin tendensiya ondan ibarətdir ki, yaxın günlərdə başqa siyasi konsensus olmasa, seçkilər vaxtında, may ayında keçiriləcək", – deyə Ərdoğanın sözçüsü bildirib./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR