İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hyundai”la qəbiristanlığa oğurluğa gələn şəxs saxlanıldı

İsmayıllıda qəbiristanlıqdan oğurluğa cəhd olunub.

Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, hadisə dekabrın 23-də İsmayıllı şəhəri ərazisində yerləşən qəbiristanlıqda qeydə alınıb. Məzarların ətrafına çəkilmiş 16 ədəd dəmir barmaqlığı “Hyundai” markalı avtomobili ilə oğurlamağa cəhd göstərən şəxs İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun şəhər sakini, əvvəllər məhkum olunmuş E.Ziliyev olması müəyyən olunub.

Faktla bağlı araşdırma aparılır.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR