İnsanlara hürriyət, millətlərə istiqlal!

Hulusi Akar və Hakan Fidan Rusiyaya gedib

Türkiyənin milli müdafiə naziri və MİT rəhbərinin Rusiyaya nə üçün səfər etdikləri məlum olub.

Musavat.com-un APA-ya istinadən verdiyi məlumata görə, dekabrın 28-də Moskvada Rusiya Federasiyası, Suriya və Türkiyə müdafiə nazirləri arasında üçtərəfli danışıqlar keçirilib.

Hər üç ölkənin kəşfiyyat rəhbərlərinin də qatıldığı danışıqlarda müdafiə nazirləri regionda sabitləşmə üçün üçtərəfli dialoqun davam etdirilməsinin zəruriliyini müzakirə ediblər.

Rusiya Federasiyası, Suriya və Türkiyənin MN başçıları Moskvada Suriya böhranını və bu ölkədə ekstremistlərlə mübarizə tədbirlərini də müzakirə ediblər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR