İnsanlara hürriyət, millətlərə istiqlal!

Hulusi Akar “F16”ların alınmasından danışıb: “Yaxşı nəticələr var”

“ABŞ-da hərbi nümayəndə heyətləri arasında danışıqlar davam edir. Yaxşı nəticələr var. “F-16”larla bağlı üçü Türkiyədə, biri ABŞ-da olmaqla dörd görüş keçirilib. Bizim ağlımızda başqa şeylər də var”.

““Report” “Haber Global”a istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Akar əlavə edib ki, Türkiyə hər hansı təhlükə yarandıqda “S-400” hava hücumundan müdafiə sistemlərindən istifadə edə bilər:

“S-400 raketdən müdafiə sistemi yerindədir və istifadəyə hazırdır. Əgər təhlükə varsa, ondan istifadə edərik. Terrorla mübarizəmiz son terrorçu bitənə qədər davam edəcək”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR