İnsanlara hürriyət, millətlərə istiqlal!

Hulusi Akar: "Azərbaycanın haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik"

“Azərbaycan və Liviya başda olmaqla dost, qardaş və müttəfiqlərimizin haqlı mübarizəsini dəstəkləməyə davam edəcəyik”.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

Onun sözlərinə görə, Türkiyə həmişə dost və müttəfiqlərinin yanında olacaq: “Biz region və dünyadakı sülhə töhfə verməkdəyik. Ölkəmizin mövqeyini daha da gücləndirməyi özümüzə hədəf seçmişik. İnşallah, bunu da bacaracağıq. Bu məsələdə əzmliyik, qərarlıyıq”.

H.Akar bildirib ki, Türkiyə Silahlı Qüvvələri, “sərhəd namusdur”, prinsipi ilə ölkənin sərhədlərini qorumağa, terrorla mübarizə aparmağa davam edəcək: “Bəziləri bunu istəməsə də, biz yerli təyyarəmizi, tankımızı da istehsal edəcəyik. İnşallah, “Qızıl Alma”nı istifadəyə verəcəyik. Türkiyə Silahlı Qüvvələri dünyada çox az ordunun sahib olduğu texnoloji imkanlara və üstünlüklərə malikdir”.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR