İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hraparak”dan iddia: Baqratın hərəkatı yenidən başlayır  

 Ermənistanda revanşist “Vətən üçün Tavuş” hərəkatı Sünik səfərindən sonra regional səfərlərini davam etdirmək niyyətindədir.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Hraparak” qəzeti yazıb.

Qəzetin yazdığına görə, təşkilat daxilində Ararat bölgəsinə səfər məsələsi müzakirə olunur, çünki onlara görə növbəti “qurban” Kərki kəndidir.

“Bu o deməkdir ki, dövlətlərarası yol təhlükə altındadır, Sünik və Vayots Dzor da təhlükə altında olacaq. Həmçinin hərəkat daxilində yenidən təşkilatlanmalar gedir, müvəqqəti hökumət proqramı və ölkənin inkişafı ilə bağlı baxışlar hazırlanır”,-deyə yazıda qeyd olunub.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR