İnsanlara hürriyət, millətlərə istiqlal!

Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı yeni XƏBƏR

2024-cü ildə yekunlaşdırılması planlaşdırılan uzunluğu 140,6 km olan Horadiz-Ağbənd dəmir yolu xəttinin layihələndirilməsi işləri 78% yerinə yetirilib, tikinti işlərinin isə 38%-i (53,2 km) icra edilib.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətindən (ADY) Musavat.com-a verilən məlumata görə, beynəlxalq əhəmiyyətli marşrut olmaqla Horadiz-Ağbənd dəmir yolu yaxın gələcəkdə Asiya ilə Avropa arasında yüklərin sürətlə daşınmasında böyük rol oynayacaq.

Məlumata görə, Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan dəmiryol körpüsünün tikintisi üzrə işlərin 85%-i tamamlanıb. Azərbaycanın ən uzun dəmir yolu körpüsü region ölkələri arasında yükdaşımaların artırılmasına təkan verəcək.

Bərdə-Ağdam dəmir yolunun bərpası istiqamətində də mühüm irəliləyişlər əldə olunub və tikinti üzrə işlərin 64%-i yerinə yetiriib.

Qeyd olunur ki, yol infrastrukturunun müasirlədirilməsi istiqamətində 363 km uzunluğunda Sumqayıt-Yalama dəmiryol xəttinin yenidən qurulması qrafikə uyğun davam etdirilmiş və tikinti işlərinin 48%-i icra olunub. Layihənin tamamlanması gələcəkdə bu istiqamətdə daha çox yükün sürətlə və təhlükəsiz daşınmasına geniş imkanlar yaradacaq.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

09 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR