İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollandiya Türkiyədə fəlakət bölgəsinə "uçan təcili yardım" göndərdi

Hollandiya Müdafiə Nazirliyi Türkiyədə zəlzələdən zərərçəkənlərə yardım etmək üçün tibbi imkanları olan "uçan təcili yardım" göndərib.

 "DHA" xəbər verir ki, Hollandiya Kral Hərbi Hava Qüvvələrinin "uçan təcili yardımı"ı (C-130) Səhiyyə Nazirliyi və AFAD ilə koordinasiyalı şəkildə əməliyyatlarını həyata keçirəcəyi Antalya Hava Limanına enib.

Məlumata görə, C-130-un yük anbarı hər uçuşda maksimum 70-ə yaxın xəstə və yaralı qəbul etmək üçün yenidən dizayn edilib. 

Qeyd olunur ki, xəstə və yaralılar təyyarədə hollandiyalı həkimlər tərəfindən tibbi təxliyə prosesi ilə digər bölgələrdəki səhiyyə müəssisələrinə köçürülə biləcəklər./BAKU.WS

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

10 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR