İnsanlara hürriyət, millətlərə istiqlal!

Hollandiya öz vətəndaşlarını Rusiyanı tərk etməyə çağırıb

Hollandiyanın Moskvadakı səfirliyi vətəndaşları Priqojinin qiyamından sonra Rusiya ərazisini tərk etməyə və bu ölkəyə gəlməməyə çağırıb.

Musavat.com xəbər verir ki, bu barədə diplomatik nümayəndəliyin Telegram kanalında məlumat yerləşdirilib.

Belə bir çağırış "hadisələrin inkişafı" və "böyük dərəcədə gözlənilməzlik" ilə əlaqələndirilib.

“Hazırda siz hələ də ölkəni bir çox yollarla, təyyarə və ya quru keçid məntəqələrindən tərk edə bilərsiniz, lakin bu, tezliklə dəyişə bilər. Hollandiya hökuməti Rusiyanı tərk etməyinizə kömək edə bilməz”, - səfirlik xəbərdarlıq edib.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

27 Sentyabr 2024

26 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR