Onlayn ictimai-siyasi qəzet
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olan Milli Qəhrəman Hökumə Əliyevanın qəbirüstü abidəsi hazırlanır.
Musavat.com bildirir ki, bunu Teleqraf.com-a açıqlamasında Milli Qəhrəmanın atası Cəlil Əliyev deyib.
O bildirib ki, artıq qəbirüstü abidənin hazırlanmasına başlanılıb: "Mənə AZAL-dan zəng etmişdilər. Bildirdilər ki, Hökumə Əliyevanın qəbri üzərində büst ucaldılacaq. Büst altı ay və yaxud bir il ərzində hazır olacaq".
Cəlil Əliyev vurğulayıb ki, büstdə Hökumənin fotosunun fonunda təyyarə və Milli Qəhrəmanın döş nişanı əksini tapacaq.
Qeyd edək ki, Hökumə Əliyeva 8 avqust 1991-ci ildə Kəlbəcərin Susuzluq kəndində anadan olub. Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib. Daha sonra təhsilinin magistr və doktorantura pillələrini tamamlayıb. 2016-cı ildən Azərbaycan Hava Yollarında əvvəlcə tərcüməçi, sonralar isə stüardessa kimi işləməyə başlayıb.
25 Yanvar 2025
00:33 Rusiya miqrantlara qarşı ŞANTAJ siyasətində DALANA DİRƏNƏCƏK - Üzeyir Cəfərovdan UNİKAL TƏHLİL
24 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ