İnsanlara hürriyət, millətlərə istiqlal!

“Hizbullah” İranın dəstəyi ilə yenidən SİLAHLANIR - Atəşkəs təhlükə altında

“The Wall Street Journal” nəşrinin məlumatına görə, “Hizbullah” İsraillə mövcud atəşkəsi təhlükə altına alaraq sürətlə yenidən silahlanır.

Musavat.com xəbər verir ki, İsrail və ərəb kəşfiyyat mənbələrinin bildirdiyinə görə, İranın dəstəklədiyi qruplaşma raket, tank əleyhinə sistem və artilleriya ehtiyatlarını artırır.

Silahların bir hissəsi Suriya üzərindən qaçaqmalçılıq kanalları və dəniz yolları vasitəsilə Livana gətirilir.

Təl-Əviv “Hizbullah”ın tərksilah edilməsinə dair razılaşmaların pozulmasından narazılığını ifadə edib. İsrail hökuməti xəbərdarlıq edib ki, Beyrut hərəkətsiz qalarsa, İsrail birtərəfli tədbirlər görə bilər.

Livan rəhbərliyi isə daxili sabitliyin pozulmasından ehtiyat edərək İsraili təmkinli olmağa çağırır və beynəlxalq öhdəliklərlə daxili siyasi risklər arasında tarazlıq saxlamağa çalışır.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Oktyabr 2025

BÜTÜN XƏBƏRLƏR