Onlayn ictimai-siyasi qəzet
Hindistanlı idmançı Vineş Phoqat sərbəst güləş turnirində çəki normasını pozduğu üçün yarışdan kənarlaşdırılıb. O, çəkidə problem yaşadığı üçün yarışa buraxılmayıb.
Bu barədə Hindistan Olimpiya Assosiasiyasının (IOA) mətbuat xidməti məlumat yayıb.
Hindistanlı güləşçi 50 kq çəki dərəcəsində finalda döşək üzərinə çıxmalı idi. Lakin çəkisi normadan bir qədər artıq olub. Onun yerinə finalda amerikalı Sara Ann Hildebrandt ilə kubalı Yusneylis Quzman Lopez mübarizə aparacaq.
Phoqat daha əvvəl Tokio-2020 olimpiya oyunlarının çempionu, dördqat dünya çempionu yaponiyalı Yui Susakini yarışdan kənarlaşdırmışdı. Görüş 3:2 hesabı ilə başa çatmışdı. Beləliklə, Yui Susaki illər ərzində əsas yarışlarda ilk dəfə məğlub olmuşdu. Bu vaxta qədər yaponiyalı idmançı rəqiblərinə bir xal belə verməmişdi.
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ