İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanın adı dəyişdirilə bilər - Bharat da pis deyil

 

Hindistan hakimiyyəti ölkənin ingiliscə adını rəsmi olaraq Bharat olaraq dəyişdirməyi təklif edə bilər.

Musavat.comi MIR24-ə istinadən xəbər verir ki, Hindistan konstitusiyası ölkənin rəsmi dillərinin ingilis və hind dilləri olduğunu bildirir. İngilis dilində ölkə Hindistan, hind dilində isə Bharat adlanır. Ənənəvi olaraq, ingilis adı rəsmi səviyyədə istifadə olunurdu, lakin ölkə daxilində "Bharat" variantı daha çox yayılmışdır.

Hindistanın əsas qanununa görə, adların dəyişdirilməsi ilə bağlı qərar qəbul etmək üçün hakimiyyət orqanları parlamentin hər iki palatasında sadə səs çoxluğuna ehtiyac duyulur. Bundan sonra kabinet ən azı 10 yerdə konstitusiyaya düzəlişlər etməlidir ki, burada ingilis dilində olan versiyada “Hindistan hökuməti” ifadəsi var.

Sentyabrın 5-də “Bharat prezidenti” ifadəsi ilk dəfə G20 dövlət başçılarının dəvət olunduğu dövlət başçısı Draupadi Murmunun verdiyi şam yeməyinə rəsmi dəvətdə istifadə edilib.

Həmçinin “Bharat – demokratiyanın anası” kitabçasında da bu bu söz işlədilib, xarici nümayəndələrə verilib.

P.S. Türkdilli xalqların  işlətdiyi "baharat" kəlməsi bu ədvaların Hindistandan gətirlməsindən qaynaqlanır.

Musavat.com

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR