İnsanlara hürriyət, millətlərə istiqlal!

Hindistanın adı DƏYİŞDİ: Ölkə G20-də Bharat adı ilə İŞTİRAK EDİR - FOTOFAKT

Hindistan hökuməti G20 sammitində yeni adla iştirak edir.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Baş nazir Narendra Modinin qabağında ölkənin yeni adı yazılmış lövhə diqqət çəkib.

Belə ki, Yeni Dehlidə keçiriləcək G20 sammitinə dəvət Hindistanın deyil, Bharat Prezidentinin adından verilib.

Qeyd edək ki, hökumətin ölkənin adını dəyişdirməsi ilə bağlı planları sentyabrın 5-də məlum olub.

Məlumata görə, ölkənin qədim zamanlarda adı Bharat olub. Buna görə də vətəndaşlar köhnə adın qorunub saxlanmasının tərəfdarıdır. Onlar Hindistan adını müstəmləkə əsarətinin simvolu hesab edir.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR