Onlayn ictimai-siyasi qəzet
ABŞ prezidenti Donald Tramp şikayətlənib ki, Rusiya ABŞ seçkilərinə iddia edilən müdaxiləyə “2 dollar xərcləməkdə” ittiham olunur, ABŞ isə dünyada nüfuzu üçün “milyonlar xərcləyir”.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Tramp bu sözləri Florida ştatının Mayami şəhərində keçirilən investisiya forumunda çıxışı zamanı səsləndirib.
“Mən gələnə qədər pulunuzun hara getdiyinə dair bir neçə nümunə var. Bunlar onlardan yalnız bir neçəsidir. Qvatemalada cinsiyyətin dəyişdirilməsi əməliyyatı üçün 2 milyon dollar, İraqdakı “Sezam küçəsi” şouları üçün 20 milyon dollar”, - prezident deyib.
Tramp həmçinin “məskunlaşmış miqrantların sosial-iqtisadi inteqrasiyasını yaxşılaşdırmaq üçün 40 milyon dollar xərclənməsi”ni misal çəkərək, “bunun nə demək olduğunu heç kəsin bilmədiyini qeyd edib.
“Hindistanda seçici fəallığı üçün 21 milyon dollar. Hindistanda seçici fəallığını təmin etmək üçün 21 milyon dolları niyə xərcləməliyik? Düşünürəm ki, bu 21 milyon dolları başqasını seçmək üçün sərf ediblər. Biz bu barədə Hindistan hökumətinə deməliyik”, – Ağ Evin rəhbəri əlavə edib.
Xatırladaq ki, 2016-cı ildə ABŞ kəşfiyyat orqanları Rusiyanı Amerikanın seçki prosesinə müdaxilə etməkdə ittiham edib. Bu iddia ABŞ-ın xüsusi prokuroru Robert Müller tərəfindən araşdırılıb. 18 aprel 2019-cu ildə ABŞ Ədliyyə Departamenti yekun hesabatını açıqladı və burada xüsusi prokuror seçkilərdə qalib gələn Trampla Rusiya arasında heç bir sövdələşmə müəyyən etmədiyini etiraf edib.
Musavat.com
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ